Dubay şeyxi Məhəmməd bin əl-Maktumun arvadı şahzadə Haya onu tərk edib, üstəlik 31 milyon funt pulla Almaniyaya qaçıb. Şahzadə Haya əslində fevral ayından görünmürmüş. Onun qızı və oğlunu da özü ilə bərabər götürdüyü bildirilir.
Mətbuat Dubay şeyxinn xanımının dərhal boşanma üçün müraciət etdiyini və Almaniya hökmutindən sığınacaq istədiyini yazır..
İnsidentin hətta böyüyərək Almaniya və Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik böhrana səbəb olduğu da deyilir. Belə ki, şeyx həm də ölkəsinin baş naziri sayılır.
Bu səbəbdən Məhəmməd bin Əl-Məktum Almaniyaya müraciət edərək 45 yaşlı xanımının, 11 yaşlı qızı Əl Cəlilənin və 7 yaşlı oğlu Zayedin geri qaytarılmasını istəyib.
Lakin Almniya hökuməti onun bu tələbini rədd edib və ailə üçün xüsusi mühafizə xidməti belə ayırıb.