Trampdan “Huawei”lə bağlı gözlənilməz qərar

30-06-2019, 08:44           
Trampdan “Huawei”lə bağlı gözlənilməz qərar
ABŞ prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə görüşdən sonra bəyan edib ki, ABŞ şirkətləri “Huawei” şirkəti ilə ticarət əlaqələrini davam etdirə bilər.

Bu barədə Business Insider məlumat yayıb.

G-20 sammitinin mətbuat konfransında çıxış edən Tramp ABŞ şirkətlərinə “Huawei”lə əməkdaşlığa icazə verdiyini bildirib.

“Hərçənd bu, asan olmasa da, onlara icazə veririk”, - deyə o vurğulayıb.

Tramp qeyd edib ki, məhdudiyyətlər üzündən az sayda ABŞ şirkəti “Huawei”lə ticarət əlaqələrinə malik olub. Onun sözlərinə görə, bir çox şirkət müvafiq icazə ala bilmədiyindən çox məyus olub.(Oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru