Ölümdən əvvəl hansı hissləri keçirdirik?- AVROPA ALİMLƏRİ CAVABLADI

30-06-2019, 12:32           
Ölümdən əvvəl hansı hissləri keçirdirik?- AVROPA ALİMLƏRİ CAVABLADI
Danimarka, Norveç və Almaniya alimləri insanların ölümdən öncə nə hiss etdiklərini müəyyən ediblər.

Teref.az Medicalxpress-ə istinadən xəbər verir ki, insanların 10 faizinin ölümdən öncə həyəcan hissi keçirdiyi məlum olub.

Alimlər bildiriblər ki, bu cür həyacan həqiqətən də ölüm təhlükəsi ilə üzləşən insanlara, habelə bu təhlükə ilə qarşılaşmayan, lakin bunun əksini düşünənlərə xasdır.

Tədqiqatda iştirak edənlər bildiriblər ki, ölümdən öncəki vəziyyətdə bir çoxlarında (78 faiz) zamanın qavranması dəyişib. Daha 65 faiz bu cür durumda düşüncə sürətinin artdığını, 63 faiz isə hisslərin kəskinləşdiyini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru