Putin Ukrayna millətçilərini belə özündən çıxardı (FOTO)
23-04-2015, 10:21
Ukraynada məşhur Elle jurnalının may buraxılışı millətçiləri özündən çıxarıb.
ANS PRESS-in məlumatına görə, moda jurnalının üz qabığındakı şəkil Ukrayanda sosial şəbəkələrdə əsl siyasi müzakirə mövzusuna çevrilib.
Üz qabığında amerikalı aktrisa Mişel Uilyams rusların “9 may Qələbə günü” simvolu olan georgi lentini xatırladan dəri donda şəkil çəkdirib. Üz qabığı bununla “Qələbə günü”nü qeyd etməyən Ukrayan millətçilərinin xoşuna gəlməyib. Bəzi siyasətçilər hətta bunu bir başa Vladimir Putinin maliyyəsi ilə baş verdiyini iddia edir.
RT müxbiri Polina Boyko isə həqiqətən də narıncı-qara georgi lentinə bürünmüş donun dizayn mərkəzinə baş çəkib. Məlum olub ki, məşhur moda brendinin butikində son dizaynlarda bu rənglərə üstünlük verilib. Butik dizaynda siyasi motivlərin olmadığını iddia etsə də dizaynerdən bununla bağlı açıqlama gəlməyib.