Olland: "Bizi qorxutmağı bacardılar"

14-11-2015, 08:18           

Fransa Prezidenti Fransua Olland televiziya ekranından xalqa müraciət edib.

Axar.az xəbər verir ki, Olland xalqa müraciətində terrorçuların onları qorxutmağa müvəffəq olduqlarını bildirib. Olland baş verənlər haqda danışmağa çətinlik çəkdiyini deyib:

"Bu faciədir. Əlbəttə ki, məyusuq və müəyyən qədər qorxmuşuq. Terrorçular bizi qorxutmaq istədi və buna nail oldular. Lakin biz millət olaraq özümüzü qorumağı bacarırıq.

Bütün hadisə yaxınlığında olan polis və ordu üzvlərindən xahiş edirəm ki, mərkəzləri ilə əlaqə saxlasınlar. Biz indi yeni mütəşəkkil əməliyyata start verəcəyik.

Paris regionunda baş verən bu böyük terror hamımızın faciəsidir. Danışmaq çox çətindir mənim üçün.

Hadisə yerində olan polis və ordu üzləri indi böyük təhlükə içindədirlər. Tanrı onları qorusun.

Baş verən dəhşət o deməkdir ki, hazırda Parisdə bir çox yerlər bağlıdır, ictimai nəqliyyat işləmir və biz sərhədlərimizi bağlayırıq".

Qeyd edək ki, Fransanın paytaxtı Parisin şimal-şərqində ard-arda 5 terror hücumu olub: Fransa–Almaniya oyununun keçirildiyi stadion yaxınlığına, restorana və ABŞ-ın “İqlz of mez metalz” qrupunun konsertinin keçirildiyi zala. Hazırda konsert zalında onlarla insan girov halında saxlanılıb.

Verilən məlumata görə, 60 nəfər ölüb.
Paris terorunda verilən məlumatlara görə 150 nəfərdən çox adam ölüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.