BMT-də azı 8 ölkənin nümayəndə heyəti Venesuelanın vitse-prezidentinin çıxışına etiraz edib

28-09-2019, 06:22           
BMT-də azı 8 ölkənin nümayəndə heyəti Venesuelanın vitse-prezidentinin çıxışına etiraz edib
Venesuelanın siyasi məsələlər üzrə vitse-prezidenti, xarici işlər üzrə xalq hakimiyyəti naziri Delsi Rodrigez Qomesin BMT Baş Assambleyasında çıxışı zamanı bir neçə ölkənin nümayəndə heyəti iclas zalını tərk edib.

“Report” un xəbərinə görə, bu barədə “TASS”ın müxbiri Baş Assambleyanın plenar iclasından məlumat verib.

Qeyd olunub ki, xüsusəndə ABŞ və Kolumbiya nümayəndələri etiraz əlaməti ilk olaraq zalı tərk ediblər. Kolumbiya heyətinin tərkibinə Venesuela müxalifətinin nümayəndələri daxil olub. Onlar Venesuela müxalifətinin lideri Juan Guaidonun adını yüksəkdən səsləndirdikdən sonra salonu tərk ediblər.

Bildirilib ki, Rodrigesin çıxışı zamanı azı səkkiz ölkənin nümayəndə heyəti BMT Baş Assambleyasının zalını tərk edib.

Avropalı diplomatlar, Kuba, Meksika və Uruqvay istisna olmaqla bir neçə Latın Amerikası ölkəsinin nümayəndələri də Delsi Rodrigez Qomesin çıxışına qulaq asmayıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.