Britaniyanın Baş naziri də impiçment təhlükəsi ilə üzləşə bilər
30-09-2019, 00:53
Britaniyanın Baş naziri Boris Consona qarşı da impiçment proseduru işə salına bilər.
Bu iddia ilə “Sandey Tayms” qəzeti çıxış edib. Məlumata görə, hazırda müxalifət partiyaları bu prosedurun başladılmasını nəzərdən keçirirlər.
Buna səbəb Consonun parlamentin fəaliyyətini dayandırmağa cəhd göstərməsidir.
Virtualaz.org-un məlumatına görə, müxalif Leyboristlər Partiyası və Liberal Demokrat Partiyası bazar ertəsi günü impiçment məsələsini müzakirə etməyi planlaşdırırlar. Hər iki siyasi qüvvə vəziyyətin istənilən inkişafını nəzərə alır.
Yeri gəlmişkən, bundan əvvəl İngiltərənin heç bir Baş nazirinə impiçment elan edilməyib, sonuncu dəfə belə bir prosedura 1848-ci ildə-Rusiya ilə gizli razılaşma əldə etmək üçün o zamankı xarici işlər naziri və gələcək baş nazir Henri Palmerstounu məhkəməyə verməyə çalışdıqları zaman başlanılmışdı...