Avstriyada keçirilən parlament seçkilərində Sebastian Kurtsun partiyası qalib gəlib

30-09-2019, 00:24           
Avstriyada keçirilən parlament seçkilərində Sebastian Kurtsun partiyası qalib gəlib
Avstriyada keçirilən növbədənkənar parlament seçkilərində Sebastian Kurtsun rəhbərlik etdiyi “Avstriya Xalq Partiyası” rəqiblərini üstələyərək qalib gəlib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə seçki prosesinə cavabdeh olan Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.

“Avstriya Xalq Partiyası” 38,4 faiz, “Avstriya Sosial-Demokratlar Partiyası” 21,5 faiz, sağçı “Avstriya Azadlıq Partiyası” isə 17,3 faiz səs toplayıb.

Nəticələrə hələ erkən səs vermə daxil edilməyib.

Mümkün bir koalisiya ilə bağlı bir sualı cavablandıran Kurts, parlamentdə təmsil olunan bütün partiyalarla danışıqlar aparmağa hazır olduğunu bildirib.

O, partiyanın yaxşı bir nəticəyə ümid etdiyini, lakin bu qədər yüksək faiz toplayacağını gözləmədiyini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru