Vəliəhddən xəbərdarlıq: Neft elə bir qiymətə qalxacaq ki...

30-09-2019, 12:54           
Vəliəhddən xəbərdarlıq: Neft elə bir qiymətə qalxacaq ki...
Dünya ictimaiyyəti İranın qarşısını almaq üçün gərək qəti addımlar atsın.

Axar.az xəbər verir ki, bunu CBS-ə müsahibəsində Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman deyib. Onun sözlərinə görə, İranla bağlı eskalasiya neft qiymətlərinin misli görünməmiş həddə qalxmasına gətirib çıxara bilər:

“Regionda enerji daşıyıcı ehtiyatlarının 30%-i, ticarət axınlarının 20%-i, eləcə də dünyanın ümumdaxili məhsulunun 4%-i cəmləşib. Bunlar dayanarsa, nə baş verəcəyini təsəvvür edirsinizmi? Bu, dünya iqtisadiyyatının tam çöküşü anlamına gələcək. Əgər dünya İranın qarşısını almaq üçün qəti addımlar atmasa, biz gələcək toqquşmaları müşahidə edəcəyik ki, bu da dünyanın maraqlarına təhdid yaradacaq. Neft tədarükü dayanacaq, neft qiymətləri bizim indiyə qədər görmədiyimiz həddə qalxacaq”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru