Ruhani İrəvanda Sərkisyanla görüşdü

1-10-2019, 12:42           
Ruhani İrəvanda Sərkisyanla görüşdü
İran Prezidenti Həsən Ruhani Ermənistan Prezidenti Armen Sərkisyanla görüşüb.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Prezidentinin mətbuat xidməti yayıb. Görüşdə Sərkisyan Ermənistanın bundan sonra da İranla münasibətləri dərinləşdirmək üçün bütün mümkün tədbirləri görəcəyini deyib.

İran lideri isə Ermənistanla ikitərəfli münasibətlərin çoxəsrlik tarixi olduğunu söyləyib. O, Avrasiya İttifaqı ilə əlaqələrin Ermənistanla münasibətləri daha da gücləndirəcəyini vurğulayıb.

Görüşdə həmçinin tərəflər energetik və nəqliyyat məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, Avrasiya İttifaqı Ali Şurasının İrəvanda keçirilən iclası ilə bağlı İran Prezidenti də Ermənistana səfər edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru