Putin İrəvana zirehli limuzinini gətirdi - Paşinyanla Rusiya liderinin soyuq görüşü

1-10-2019, 19:50           
Putin İrəvana zirehli limuzinini gətirdi - Paşinyanla Rusiya liderinin soyuq görüşü
Ermənistan paytaxtında keçirilən Ali Avrasiya Şurasının iclasında bir neçə ölkənin liderləri iştirak etsə də, demək olar ki, bütün media Rusiya prezidenti Vladimir Putinə “azarkeşlik” edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, prezident Putin prezident iqamətgahına gəlib. Nikol Paşinyan bu iqamətgahda oturmaqdan könüllü şəkildə imtina etmişdi. Rusiya prezidentinin iqamətgaha özünün Moskvadan gətirilən zirehli limuzini "Auris"lə gəlməsi rezonans doğurub.

Toplantıdan öncə iştirakçı liderlər xüsusi stendin qarşısında foto çəkdiriblər. Burada da V.Putinlə N.Paşinyanın bir-birindən aralı durması diqqətləri cəlb edib. Hətta Belarus prezidenti A.Lukaşenko da şəkildə Paşinyandan kənarda dayanıb. Təbii ki, bu, liderlərin arxasındakı lövhədə onların ölkələrini göstərən işarələrin olması nəticəsində belə alınıb. Deməli, ev sahibliyi edən N.Paşinyan özü Putinlə yanaşı dayanmaq istəməyib.

Hər halda Ermənistan və Rusiya arasında çox maraqlı proseslər cərəyan etməkdədir. Putin İrəvana bir neçə saatlıq səfər etsə də, hələlik N.Paşinyanla onu yanaşı görən olmayıb. Münasibətlərin kifayət qədər soyuq olması elə soyuq fotolardan da aydın görünür. Mənzərə onu göstərir ki, Putin ona münasibətdən çox narazı qalıb.

Musavat.com















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru