Putinlə gürcü jurnalist arasında gərgin anlar YAŞANDI

1-10-2019, 20:11           
Putinlə gürcü jurnalist arasında gərgin anlar YAŞANDI
Rusiya Prezidenti Vladimir Putinlə Gürcüstanın “Rustavi 2” telekanalının əməkdaşı arasında gərgin anlar yaşanıb.

Unikal.org xəbər verir ki, Ali Avrasiya İqtisadi Şurasının Yerevanda keçirilən iclasından öncə gürcü jurnalist V. Putinə Rusiyanın qoşunlarını Abxaziya və Cənubi Osetiyadan nə vaxt çıxaracağı ilə bağlı sual ünvanlayıb.

V. Putin gürcü jurnalistə “Nə vaxt belə qərar versək”, - deyə bildirib.

Bundan sonra, jurnalist replika ilə cavab verib ki, Rusiya bu öhdəliyi öz üzərinə götürüb.

V. Putin isə cavabında “Biz hər zaman öhdəliklərimizi yerinə yetiririk” - deyə qeyd edib.

“Rustavi 2” telekanalının əməkdaşı mühafizəçilər tərəfindən ərazidən uzaqlaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru