İran prezidentinin qardaşı korrupsiya ittihamı ilə 5 il azadlıqdan məhrum edildi

2-10-2019, 08:41           
İran prezidentinin qardaşı korrupsiya ittihamı ilə 5 il azadlıqdan məhrum edildi
İran prezidenti Həsən Ruhaninin qardaşı korrupsiya və rüşvətxorluq ittihamı ilə 5 il müddətinə həbs cəzasına məhkum edilib.

Məhkəmə sözçüsü Qulamhüseyin İsmaili çərşənbə axşamı müxbirlərə Hüseyn Firudinə qarşı başqa ittihamlar da irəli sürüləcəyini deyib, lakin təfərrüata varmayıb.

Hüseyn Firudin ictimiayyət arasında prezident Həsən Ruhaninin “gözləri və qulaqları” kimi tanınır.
Yarı-rəsmi Fars xəbər agentliyi adını açıqlamadığı mənbələrə istinadən bildirib ki, Firudin banklar və iqtisadiyyatın güclü sahələrinə nəzarət edən yüksək səviyyəli rəsmilərə külli miqdarda pul ödəyib.

İranın 46 nəfərdən çox millət vəkili iki il öncə Ruhanini qardaşını “maliyyə korrupsiyası” ittihamlarla üzləşmək üçün ilə məhkəməyə təqdim etməsinə çağırmışdı.

Ruhaninin digər siyasi rəqibləri prezidentin yaxın çevrəsinə daxil olan və onun “gözləri və qulaqları” adlandırılan Firudini korrupsiyada ittiham etmişdilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.