Restoran şəbəkəsi maliyyə - BÖHRANINDA

8-10-2019, 23:26           
Restoran şəbəkəsi maliyyə - BÖHRANINDA
470 filialı olan "Pizza Express" təxminən 1,1 milyard funt-sterlinq borcu üzrə ödənişləri həyata keçirə bilmir. Şirkət borclarının restrukturizasiya üçün kreditorlarla danışıqlar aparır.

İngiltərənin ən böyük restoran şəbəkələri arasında yer alan "Pizza Express", təxminən 1,1 milyard funt-sterlinq məbləğindəki borclarının ödənilməsinə möhlət verilməsi üçün kreditorlarla danışıqlar aparır.

"Pizza Express"in 470 şöbəsi var.

Dia.az "Marja"istinadən xəbər verir ki, Şirkətin borcunun faizi isə illik təxminən 93 milyon funt sterlinq səviyyəsindədir. Şirkətin illik mənfəəti ancaq borcların faizinin böyük hissəsinin bağlamasına kifayət edir.

Şirkətin İngiltərə xaricində Asiya və Avropada cəmi 180 filialı mövcuddur.

1965-ci ildə yaradılan "Pizza Express" 14 min nəfərə məşğulluq təmin edir.

İdarəetmə mərkəzi Londonun qərbində Uxbridge bölgəsində yer alan şirkəti, 2014-cü ildə Çinin "Hony" investisiya şirkəti satın almışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru