Tramp Klintona səsləndi:"Prezidentliyə yenidən namizəd ol"

9-10-2019, 00:08           
Tramp Klintona səsləndi:"Prezidentliyə yenidən namizəd ol"
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların sabiq dövlət katibi Hillari Klintonu qarşıdan gələn prezident seçkilərində yenidən namizəd olmağa çağırıb.

Bu barədə o, özünün “Twitter”dəki səhifəsində yazıb.

“Mən güman edirəm ki, korrupsiya ilə məşğul olan Hillari Klinton bu imkanı solçu Elizabet Uorrendən oğurlamağa çalışmaq üçün yarışa daxil olmalıdır”, – deyə Tramp yazıb.

O, həmçinin Klintonu bütün öz cinayətlərini izah etməyə və Konqresə çağırışın alınmasından sonra elektron məktubların silinməsinin səbəblərini açıqlamağa çağırıb.

Daha əvvəl də ABŞ prezidenti Donald Tramp bildirib ki, sabiq dövlət katibi Hillari Klinton2020-ci ilin prezident seçkilərində ona rəqib olmayacaq/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru