Meyvə şirələrinin reklamı qadağan olunur, səbəb xəstəlikdir

11-10-2019, 00:03           
Meyvə şirələrinin reklamı qadağan olunur, səbəb xəstəlikdir
Son illər ölkədə şəkər xəstələrinin və bu xəstəlikdən ölənlərin sayının artması ilə əlaqədar olaraq Sinqapurda şəkərli içkilər, meyvə şirələrinin reklamı qadağan ediləcək.

Sinqapurda meyvə şirələrinin reklamı qadağan edilir. Sputnik Azərbaycan-ın “Reuters”ə istinadən xəbərinə görə, son illər ölkədə şəkər xəstələrinin və bu xəstəlikdən ölənlərin sayının artması ilə əlaqədar olaraq Sinqapurda şəkərli içkilər, meyvə şirələrinin reklamı qadağan ediləcək.

“Biz sağlamlığa heç bir müsbət təsiri olmayan, əksinə fəsadları olan belə məhsulların nəinki televiziyada, eyni zamanda da onlayn mediada yayılmasının qarşısını almağı hədəfləmişik”, - deyə Sinqapur Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.

Bundan başqa, nazirliyin məlumatında həmçinin bu cür içkilərin istehsalının azaldılması üçün istehsalçı şirkətlərə yüksək vergi tətbiq ediləcəyi də vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru