Alimlər Ayda oksigen istehsal etməyi öyrəndi...

12-10-2019, 00:37           
Alimlər Ayda oksigen  istehsal etməyi öyrəndi...
Mütəxəssislər ilk dəfə oksigen ayrılmasının effektiv bir yolunu nümayiş etdiriblər.

Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, ingilis tədqiqatçıları hələ bir müddət öncə Ayda torpağın (regolit) oksigenlə son dərəcə zəngin olduğunu aşkar ediblər. Laboratoriyalarda öyrənilən qaya nümunələrinin 40-45% -ni oksigen təşkil edirdi.

Hazırda isə elm adamları həmin süxurlardakı oksigenin, demək olar ki, 100% çıxmasına nail ola biliblər. Yerdə qalan məhsul isə müxtəlif metalların bir ərintisi, yəni dəyərli bir qaynaq olur.

Oksigenin çıxarılması ilə bağlı bu cür təcrübələr əvvəllər də aparılıb. Lakin metodlar çox xərc tələb edirdi. Xüsusilə onlardan biri son dərəcə yüksək temperatur, digəri isə reaksiya üçün çox vaxt tələb edir. Yeni texnologiya Ayda həyat fəaliyyətini qorumaq üçün lazım olan sürətli və qənaətli oksigen istehsalını təmin edir. Reaksiyanın sonunda əldə edilən metal yığnağı isə digər məqsədlər üçün istifadə edilə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.