Mayk Pompeo İranı onun iqtisadiyyatını iflasa uğradacağı ilə hədələyib

12-10-2019, 04:58           
Mayk Pompeo İranı onun iqtisadiyyatını iflasa uğradacağı ilə hədələyib
Əgər Tehran öz davranışını dəyişdirməsə, İran iqtisadiyyatı iflasla qarşılaşacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, müvafiq mesajı ABŞ-ın dövlət katibi Mayk Pompeo özünün "Twitter" səhifəsində yayıb.

"ABŞ İran təcavüzünün yenilənməsi şəraitində Səudiyyə Ərəbistanına kömək və onun müdafiə potensialının güclənməsi üçün əlavə qüvvələr, texnika göndərir. İran rejimi öz davranışını kökündən dəyişdirməlidir və normal ölkə kimi hərəkət etməlidir. Əks təqdirdə o öz iqtisadiyyatının iflasını müşahidə edə biləcək", - deyə xarici siyasət idarəsinin rəhbəri yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru