ABŞ prezidenti NBA klubunun məşqçisini Ağ Evdə görmək istəmir

13-10-2019, 05:29           
ABŞ prezidenti NBA klubunun məşqçisini Ağ Evdə görmək istəmir
ABŞ prezidenti Donald Tramp Milli Basketbol Asossiasiyasının (NBA) "Qolden Steyt Uorriorz" klubunun baş məşqçisi Stiv Kerrlə görüşməkdən imtina edir.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə dövlət başçısı "Twitter"dəki səhifəsində yazıb. Birləşmiş Ştatların başçısı baş məqşçini tənqid edib.

"Müşahidə etmək məzəlidir ki, Kerr ondan Çin haqqında soruşanda özünü necə alçaldır. Boğulur, yazıq və zəif görünür. Ağ Evdə onu görmək istəmirəm", - ABŞ prezidenti bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Çin və NBA rəhbərliyi arasında "Hyuston Rokets"in baş menecer Derila Morinin sözlərinə görə qalmaqal yaranıb. Qadın Honkonqda keçirilən dövlət əleyhinə aksiyaları dəstəkləyib.

Bundan sonra Çin hökuməti klubun rəhbərini ittiham edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru