Yaraqlılar Burkina-Fasoda məscidə hücum edərək 16 nəfəri öldürüb

13-10-2019, 04:08           
Yaraqlılar Burkina-Fasoda məscidə hücum edərək 16 nəfəri öldürüb
Qərbi Afrika ölkəsi olan Burkina-Fasoda yaraqlıların hücumu nəticəsində azı 16 nəfər ölüb, iki nəfər ağır yaralanıb.

APA-nın rosbalt.ru saytına istinadən verdiyi məlumata görə, silahlı şəxslərin hücum etdiyi məscid Salmossidəki Qorom-Qor şəhəri yaxınlığında yerləşir.

Üç nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, onların həyatını xilas etmək mümkün olmayıb. Daha iki nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Hücuma görə məsuliyyəti hələ heç bir qrup öz üzərinə götürməyib. Lakin ölkədəki hücumların əksəriyyəti “Ənsarül-İslam”, eləcə də “İslama və Müsəlmanlara Dəstək” Qrupu tərəfindən törədilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru