Polşada parlament seçkiləri keçirilir

13-10-2019, 09:22           
Polşada parlament seçkiləri keçirilir
Bu gün Polşada parlament seçkiləri keçirilir.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, seçicilər parlamentin aşağı palatasına – Seymə 460 deputat, parlamentin yuxarı palatasına – Senata 100 deputat seçməlidirlər.

Seçki məntəqələri yerli vaxtla səhər saat 07.00-da açılıb və axşam saat 21.00-da bağlanacaq. Seçki məntəqələri bağlandıqdan sonra exit-pollun ilkin nəticələri elan olunacaq.

Polşa Dövlət Seçki Komissiyasının məlumatına görə, ölkədə səsvermə hüququna malik 30 milyon 111 min 281 seçici var.

Seymin deputatları proporsional qaydada 41 çoxmandatlı dairədən seçiləcək. Bunun üçün partiyalar 5 faizlik baryeri aşmalıdırlar. Senatın 100 üzvü isə birmandatlı dairələrdən seçiləcək.

Seymdə 460 deputat mandatı uğrunda partiya siyahalarında yer alan 5112 nəfər, başqa sözlə, 1 yer uğrunda 11 namizəd mübarizə aparır. Senatda yerlər uğrunda rəqabət isə nisbətən azdır, 100 yer uğrunda 278 namizəd mübarizəyə qatılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru