BMT nüvə müharibəsi risklərinin artdığını bəyan edib

16-10-2019, 04:01           
BMT nüvə müharibəsi risklərinin artdığını bəyan edib
“Dünyada nüvə müharibəsinin riskləri artır. Mövcud vəziyyət təhlükəli hala gəlib. Bunun üçün isə bir çox səbəblər mövcuddur. Bunlar - ölkələr arasında etimadın, dialoqun olmaması, elmin və yeni texnologiyaların sürətli inkişafıdır”.

“Report” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini İzumi Nakamitsu “Kommersant” a müsahibəsində bildirib.

“Təəssüf ki, dövlətlər arasında, o cümlədən nüvə silahına sahib olan güclər arasında etimad ciddi şəkildə pozulur. Dialoqun olmamasını da qeyd etmək lazımdır. Görünür, güclü dövlətlər hərbi imkanları diplomatiya, danışıqlar və dialoqdan daha çox dəyərləndirməyə başlayıblar”.

Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə də kəskin ritorikaya çevrilən ümumi bir pisləşmə mövcuddur: “Acınacaqlı vəziyyət gözümüzün qarşısında inkişaf edir”, deyə BMT rəsmisi əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru