Yaponiyada “Haqibis” qasırğası qurbanlarının sayı 74 nəfərə çatıb
16-10-2019, 08:05
Yaponiyada “Haqibis” qasırğası nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Bütün ölkə üzrə zərərçəkənlərin sayı 220 nəfəri ötüb. Daha 11 nəfər itkin düşüb. Təbii hadisənin ən çox qurbanı Fukusima, Miyaqi və Kanaqava prefekturasındadır.
Qasırğadan zərər çəkmiş ərazilərdə 230-dan çox məktəb işləmir, onlarla supermarket bağlanıb, 120-dən çox bankomat sıradan çıxıb.
Hazırda Tokio ərazisində təxminən 13 min fərdi və yaşayış bınasındakı mənzillər elektrik enerjisindən məhrum olub. Habelə 130 min evdə su təchizatı yoxdur.
Əllidən çox ərazidə çayların və su hövzələrinin daşqınları qeydə alınıb.
Daşqın səbəbindən bir sıra dəmiryol xətlərində, o cümlədən ekspress xətlərdə nəqliyyatın hərəkəti hələ də tənzimlənə bilməyib.