Braziliya prezidentinin oğlu ABŞ-da səfir vəzifəsindən imtina edib

23-10-2019, 08:07           
Braziliya prezidentinin oğlu ABŞ-da səfir vəzifəsindən imtina edib
Braziliya prezidenti Jair Bolsonarunun oğlu, deputat Eduard Bolsonaru namizədliyinin ABŞ-da səfir vəzifəsinə irəli sürülməsindən imtina edib.

"Report" TASS-a istinadən xəbər verir ki, gənc siyasətçi bununla bağlı açıqlamanı Nümayəndələr palatasının plenar iclasının gedişatında verib.

"Mən bunun üzərində uzun müddət düşünürdüm, biz çoxları ilə məsləhətləşirdik. Həmçinin seçiciləri də xatırlamaq lazımdır. Etiraf edirəm, onların bir çoxu bu ideyanı dəstəkləmədilər", - deyə parlament üzvü öz qərarını izah edib.

Eduard Bolsonaru qeyd edib ki, Braziliyada onu ən azı, amma ola bilər, daha əhəmiyyətli rol gözləyir.

Dövlət başçısının oğlu bazar ertəsi ölkə parlamentinin aşağı palatasında Sosial Liberal Partiyasının fraksiyasının başçısı kimi təsdiq edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru