Rusiya Serbiyaya S-400 diviziyonu verdi

24-10-2019, 17:39           
Rusiya Serbiyaya S-400 diviziyonu verdi
Rusiya Aerokosmik Qüvvələrinin Serbiyada keçiriləcək "Slavyan Qalxanı-2019" təlimlərində iştirak üçün hazırladığı S-400 "Triumf" və "Pantsir-S" komplekslərinin görüntüləri yayımlanıb.

FaktXəbər bildirib ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, S-400 diviziyonu və "Pantsir-S" batareyası Serbiyaya təhvil verilib.

Komplekslər Rusiya Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat təyyarələri ilə çatdırılıb.

Bu komplekslər ilk dəfə xaricdə təlimdə sınaqdan keçiriləcək.

Yay aylarında Serbiya aerodromunda Rusiya, Serbiya və Belarusiya xüsusi təyinatlılarının iştirak etdiyi "Slavyan Qardaşlığı - 2019" təlimləri keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru