ABŞ hərbçiləri Suriyanın neft rayonlarında qalacaq – Tramp vəd edib
25-10-2019, 00:33
Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp Suriya və Türkiyə ətrafında yaranmış vəziyyətlə bağlı vətəndaşlara telemüraciət ünvanlayıb.
Ağ Evin başçısı ABŞ ordusunu Suriyadan çıxarmaq barədəki niyyətini təsdiqləyib. Bildirib ki, ABŞ orada «əla işlər görüb» və İŞİD qruplaşmasına qarşı mübarizədə həm suriyalılara, həm də kürdlərə «böyük xidmətlər göstərib».
Onun sözlərinə görə, ABŞ bundan sonra «kürdlərin yüz illərlə vuruşduğü və qana bulaşmış səhra» uğrunda mübarizə aparmaq niyyətində deyil.
Bununla yanaşı, Tramp Suriyanın neftlə zəngin rayonlarına nəzarət etmək üçün orada azsaylı hərbçilərini saxlamaq vədi verib. O, qeyd edib ki, ABŞ «nefti qoruyacaq və gələcəkdə onunla necə davranmaq lazım olduğunu müəyyən edəcək».
Tramp bundan əvvəl bəyan etmişdi ki, Suriyanın şimalında hərbi əməliyyatlar dayandırılıb, atəşkəsə isə bütün tərəflər əməl edirlər. Onun fikrincə, Türkiyə-Suriya sərhədi boyunca təhlükəsizlik zonasının yaradılması barədə əminliklə daışmaq olar.