“Google” hətta öz əməkdaşlarını diqqətlə izləyirmiş

25-10-2019, 02:51           
“Google” hətta öz əməkdaşlarını diqqətlə izləyirmiş
Dünyanın ən böyük texnologiya nəhənglərindən sayılan “Google” şirkəti hətta öz əməkdaşlarının bütün hərəkətlərini izləyirmiş.

Bu barədə “Forbes” jurnalı məlumat verib. Şirkət əməkdaşları jurnala rəhbərliyin bunun üçün xüsusi proqram hazırlatdığını deyiblər.

Söhbət “Google Chrome” proqramının şirkət çalışanlarının etiraz aksiyalarının təşkili və öz əmək hüquqlarını tələb etməklə bağlı cəhdlərini izləyə biləcək yeni əlavəsindən gedir.

“Bloomberg” agentliyinin informasiyasına görə, yeni proqram sayəsində şirkət nəzarətçiləri şəxsi təqvimlərində 100 nəfərlik toplantı üçün qeydlər aparan əməkdaşların hərəkətlərini müşahidə edə biliblər. Bu isə rəhbərliyə işçilərin mütəşəkkil formada çıxış etmək istəyindən dərhal xəbər tutmasına şərait yaradır. Yeni proqramın bu ay işə salınması gözlənilir.

Onun sayəsində “Google”un başqa şirkətlərə də çalışanlarla bağlı bu cür izləmə metodlarından istifadə etməyə kömək göstərəcəyi ehtimal olunur.//musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru