Hökumətin bu addımı İspaniyada on illər boyu qəzəb mənbəyinə çevrilmiş bir məsələyə son qoymuş olub. Belə ki, uzun illər çoxları vətəndaş müharibəsi dönəmində minlərlə adamın ölümünə bais olmuş bir şəxsin mavzoleydə dəfnindən qıcıqlarını ifadə edirdilər.
Çoxları Frankonun öz şərəfinə ucaltdığı bu mavzoleyi xalqa və demokratik İspaniya dövlətçiliyinə həqarət hesab edirdi.
Tabut mərmər daşların və iki tonluq qranitin altından çıxarıldıqdan sonra Frankonun ailəsinin xahişinə uyğun olaraq qısa dua oxunub.