Evo Morales Boliviyada prezident seçkilərində qalib gəlib

25-10-2019, 05:46           
Evo Morales Boliviyada prezident seçkilərində qalib gəlib
Boliviyanın hazırkı dövlət başçısı Evo Morales səslərin 99,9%-nin hesablanmasının nəticələrinə görə prezident seçkilərinin birinci turunda qalib gəlib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin ən yüksək seçki məhkəməsi bülletenlərin 99%-nin hesablanmasından sonra məlumat yayıb.

Məlumata görə, Morales 47,07% səs yığıb, onun ən yaxın rəqibi Karlos Mesa isə 36,51% səs toplayıb. Moralesi müxalifət namizədindən 10%-dən çox səs fərqi ayırır və artıq seçkilərin birinci turunda qələbəyə zəmanət verir.

Boliviyada prezident və parlament seçkiləri bazar günü keçirilib. Seçkilərin ilkin nəticələri məntəqələrin bağlanmasından demək olar, 4 saat sonra elan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru