Rusiya 300-ə yaxın çeçeni Suriyaya göndərdi

25-10-2019, 10:37           
Rusiya 300-ə yaxın çeçeni Suriyaya göndərdi
Rusiya Çeçenistandan olan 300-ə yaxın hərbi polisi Suriyaya göndərib.

Azvision.az xəbər verir ki, bu barədə TASS agentliyi Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Bildirilib ki, Rusiyadan 300-ə yaxın hərbi polis əməkdaşı kürd qoşunlarının Türkiyə ilə sərhəddən çıxarılmasına kömək etmək üçün Suriyaya aparılıb.
Onlar sərhəd ərazilərində patrul xidməti aparacaq, eyni zamanda Suriya-Türkiyə sərhəddindən 30 kilometr məsafədə kürd silahlılarının çıxarılmasına kömək edəcəklər.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Soçidə aparılmış danışıqların nəticəsi olaraq on bənd üzrə anlaşma memorandumu imzalanıb. Tərəflər 150 saat ərzində Suriya-Türkiyə sərhəddindən 30 kilometr məsafədə kürd qoşunlarının çıxarılması və birgə patrul dəstələrinin ərazidə yerləşdirilməsinə dair razılığa gəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru