Pentaqon “Microsoft”la 10 milyard dollarlıq müqavilə imzalayıb

26-10-2019, 07:17           
Pentaqon “Microsoft”la 10 milyard dollarlıq müqavilə imzalayıb
ABŞ Müdafiə Nazirliyi “Microsoft” şirkətini 10 milyard dollar həcmində keçirilən tenderin qalibi elan edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin saytında yerləşdirilib.

Qeyd olunub ki, müqavilə on il üçün nəzərdə tutulub. “Microsoft” müqaviləyə əsasən bütün işləri görəcəyi təqdirdə 10 milyard dollar qazanacaq.

Amazon şirkəti də müqavilə üzrə tenderdə iştirak edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.