ABŞ Ukrayna ilə rüsumsuz ticarət rejimini qismən bərpa edib

26-10-2019, 12:32           
ABŞ Ukrayna ilə rüsumsuz ticarət rejimini qismən bərpa edib
ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə rüsumsuz ticarət müqaviləsinin bəzi müddəalarının bərpası ilə bağlı sənəd imzalayıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ağ evdən məlumat verilib.

Sənəddə vurğulanır ki, Amerika tərəfi bir daha razılaşmanı və faktları nəzərdən keçirib, habelə Ukraynadakı mövcud vəziyyəti qiymətləndirib və bir sıra mallar üzrə rüsumsuz ticarəti bərpa etmək qərarına gəlib.

Rüsumsuz rejim əvvəllər Ukrayna üçün məhdudiyyət qoyulan 36 milyon dollarlıq ticarət güzəştinin üçdə bir hissəsini əhatə edir.

Sənədə əsasən, bu qərar 2019-cu il noyabrın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, 2017-ci ilin dekabrında D.Tramp Ukraynadan gətirilən bəzi mallar üçün rüsumsuz rejimi dayandırmışdı. O, qərarını Ukraynanın intellektual hüquqlarını kifayət qədər müdafiə etməməsi ilə əsaslandırmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.