"Edam üçün iynə tapa bilmirik" - Amerikalı qubernatordan ilginc etiraf

27-10-2019, 15:45           
"Edam üçün iynə tapa bilmirik" - Amerikalı qubernatordan ilginc etiraf
ABŞ-ın Ohayo ştatının qubernatoru Mayk Devin "zəhərli iynə" edamlarında istifadə edilən dərmanların tədarükündə yaşadıqları problemlər səbəbilə edamlara ara verildiyini bildirib.

Teref.az musavat.com-a istinadən bildirir ki, ABŞ-da "zəhərli iynə" ilə edamları həyata keçirən ştatlardan olan Ohayonun qubertantoru Mayk Devin bildirib ki, edamlarda istifadə edilən dərman qarışımlarının tədarükündə yaşadıqları çətinliklərə görə bu yaxınlarda edam ediləcək olan Ceyms Galen Hanna adlı məhkumun edamı gələn ilə təxirə salınacaq.

Devin jurnalistlərə verdiyi açıqlamada "11 dekabrda həyata keçiriləcək olan edam çox güman ki, 2020-ci ilə qədər təxirə salınacaq", - deyə bildirib.

Devin məhkumlara acı çəkməyə və ağırlaşmalara yol açan 3 qarışıqdan ibarət olan dərmanlarla onları təmin edən firma tapmaqda çətinlik çəkdiklərini bildirib. Onun sözlərinə görə, əgər dərman firmaları satdıqları məhsulların edamlarda istifadə edildiyini bilsələr, statda yaşayan insanlara verilən dərman yardımlarını kəsə bilərlər.

2019-cu ilin yanvar ayından bəri statın qubernatoru olan Devin bundan əvvəl də Avropa dərman firmalarından "zəhərli iynə" kokteylində istifadə edilən dərmanları almaqda çətinlik çəkdiklərini bildirmişdi.

Qeyd edək ki, "zəhərli iynə" edamlarında istifadə edilən və üç fərqli dərmandan ibarət olan "kokteyl"in dəhşətli dərəcədə ağrı verdiyi iddia edilir. Belə iddialar 2014-cü ildə adam öldürdüyünə görə edama məhkum edilən Denniz MakGuirin edam edildiyi əsnada ortaya çıxan dəhşətli ağrılardan sonra daha da atmışdı. Həmin tarixdən bu günə qədər bu ştatda cəmi 3 edam həyata keçirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.