Rusiyadan sensasiyalı Bağdadi açıqlaması : "ABŞ-ın Bağdadi əməliyyatının reallığı ilə bağlı şübhələrimiz var"
28-10-2019, 00:00
ABŞ prezidenti Donald Trampın İŞİD terror təşkilatının lideri Əbubəkr əl Bağdadiyə qarşı həyata keçirdiyi əməliyyata Rusiyanın yardım etməsi iddiasını rəsmi Moskva təkzib edib.
Avropa.info xəbər verir ki, Rusiya müdafiə nazirliyi Trampın açıqlamalarını rədd edib.
Rusiya müdafiə nazirliyi, Bağdadiyə qarşı əməliyyat zamanı ABŞ təyyarələrini dəstəkləmədiklərini bildirib.
Nazirlikdən edilən açıqlamada, ABŞ-ın Bağdadiyə qarşı əməliyyatı ilə bağlı şübhələr olduğu qeyd edilib.
"ABŞ-ın Bağdadi əməliyyatının reallığı ilə əlaqədar suallar və şübhələrimiz var"- Rusiya müdafiə nazirliyinin açıqlamasında belə deyilir.