Sofi Vilmes Belçikanın baş naziri təyin edildi –FOTO
28-10-2019, 00:07
Belçikalı siyasətçi Sofi Vilmes krallığın Baş nazirinin səlahiyyətlərini icra edəcək.
Müvafiq açıqlama bazar günü kral sarayının Twitter-dəki səhifəsində yerləşdirilib.
Qeyd edək ki, Sofi Vilmes Belçika hökumətinin başçısı rolunda olan ilk qadın olub. Daha əvvəl 44 yaşlı Sofi Vilmes Belçikanın maliyyə naziri vəzifəsini icra edib. /Trend.az