«Antibiotiklər və vaksinlər işləməyəcəklər…» – «Rospotrebnadzor»un başçısı

28-10-2019, 01:21           
«Antibiotiklər və vaksinlər işləməyəcəklər…» – «Rospotrebnadzor»un başçısı
Oktyabrın 24-də «Rospotrebnadzor»un rəhbəri Anna Popova «Rusiya-Afrika» forumunda (Soçi) xəbər verib ki, yoluxucu xəstəliklərin törədiciləri antibiotiklərə tez «uyğunlaşırlar» və vaksinlər onlar üçün qorxulu deyil. Ona görə də yeni epidemiyalara hazır olmaq lazımdır.

«1960-1970-cı illərdə ağlımıza hakim olmuş «infeksion xəstəliklər artıq bizim üçün qorxulu deyil, belə ki, əlimizdə antibiotiklər və vaksinlər var» səciyyəli postulat bu gün nəinki mübahisəliyə çevrilir, həm də tamamilə aktual deyil. Bu gün, 40-50 il ötəndən sonra tamam başqa mənzərənin şahidi oluruq və biz, buna hazır olmalıyıq» – deyə, Popova «Biotəhlükəsizlik» sessiyasındakı çıxışında bildirib.

O, xatırladıb ki, infeksion xəstəliklər sərhəd tanımır, ona görə də problem dünya miqyası daşıyır.
AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru