Argentina prezidenti seçkilərdə müxalifətin qalib gəldiyini etiraf edib

28-10-2019, 05:10           
Argentina prezidenti seçkilərdə müxalifətin qalib gəldiyini etiraf edib
Argentinada prezident və parlament seçkiləri başa çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, seçkilərdə ciddi qanun pozuntusu barədə məlumat daxil olmayıb. Səsvermələr yerli vaxtla saat 21:00-da yekunlaşıb.

Argentinanın hazırkı prezidenti Maurisio Makri bildirib ki, ölkə sərhədindən kənarda rekord həddə səsvermə qeydə alınıb.

"Biz seçkiyə böyük maraq görürük, hamı başa düşür ki, bu, ölkəmiz üçün tarixi seçkidir", - deyə o əlavə edib.

Ölkənin ən yüksək vəzifəsi uğrunda 6 namizəd mübarizə aparıb. Seçkidə əsas mübarizə Makri ilə müxalifətdən olan Alberto Fernandes arasında gedib.

Ölkənin Milli Seçki Palatasının seçici səslərinin 90%-nin səslərini hesablamasından sonra yaydığı məlumata görə, Alberto Fernandes seçkilərin birinci turunda lider olub. Qeyd edilir ki, sol mərkəzçi koalisiyanın namizədinə 47,8% seçici səs verib. Argentinanın hazırkı prezidenti, sağ mərkəzçi qüvvələri təmsil edən Maurisio Makri isə 40,69% seçici səsi toplayıb. Maurisio seçkilərdə Fernandesə məğlub olduğunu etiraf edib. "Mən Fernandesi seçilməsi münasibətilə təbrik etmək istəyirəm. Mən ona yenicə zəng etmişəm", - deyə Makri bildirib.

Qeyd edək ki, qanunvericiliyə əsasən namizəd seçkidə qalib gəlmək üçün seçicilərin 45%-dən çoxunun səsini toplamalı ya da onunla rəqibinin səs fərqi 10%-dən çox olmaqla, 40% səs yığmalıdır. Əgər heç bir namizəd qalib gəlməsə, noyabrın 24-də seçkilərin ikinci turu keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru