Həbsə yola salınan hökumət başçısı Həmidovun dəbdəbəli malikanəsi - VİDEO

29-10-2019, 00:01           
Həbsə yola salınan hökumət başçısı Həmidovun dəbdəbəli malikanəsi - VİDEO
Rusiya İstintaq Komitəsi Dağıstan hökumətinin keçmiş başçısı, korrupsiyaya görə həbs edilən və bu gün barəsində hökm oxunan Abdusamid Həmidovun dəbdəbəli malikanəsinin görüntülərini yayıb.

Teref.az Virtualaz.org-a istinadən xəbər verir ki, İstintaq Komitəsinin rəsmisi Svetlana Petrenko malikanənin “özbaşına tikildiyini” açıqlayıb. Ev Həmidovun doğma kəndində-Dağıstanı Levaşinsk rayonunun Mekeqi kəndində yerləşir.

Kadrlara əsasən Həmidovun malikanəs bahalı mebellə döşənib. Yataq otağında “king size” ölçülü nəhəng çarpayı var. Qonaq otağında pələng müqəvvası qoyulub.





Xatırladaq ki, Moskvanın Lefortovo rayon məhkəməsi Həmidovu və onun müavini Rayuddin Yusifovu 40 milyon rubl vəsaitin talanmasında təqsirli bilib. Məhkəmə Həmidovu 6 il yarım, müavinini isə 5 il yarım həbsə məhkum edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.