Rusiyadan ABŞ-a: Bu ərazilər qaytarılmalıdır 29-10-2019, 01:43 Suriyanın şimal-şərqindəki neftlə zəngin ərazilər bu hökumətin nəzarətinə qaytarılmalıdır.Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.“Sözsüz, bu ərazilər Suriya hakimiyyəti tərəfindən idarə edilməlidir. Hesab edirik ki, bu, yeganə çıxış yoludur”, - deyə diplomat bildirib.Qeyd edək ki, ABŞ rəsmiləri Suriyada neft ərazilərinə nəzarət edəcəklərini açıqlamışdılar. Facebook-da paylaş