Santyaqonun mərkəzində bir neçə bina yanıb

29-10-2019, 07:18           
Santyaqonun mərkəzində bir neçə bina yanıb
Çilinin paytaxtı Santyaqoda mərkəz küçələrdən birində minlərlə insanın qatıldığı etiraz aksiyaları zamanı bir neçə binada yanğın olub.

APA-nın yerli “24 Horas” telekanalına istinadən verdiyi məlumata görə, yanğın ilk olaraq şəhərdəki otellərdən birində müşahidə olunub.

Yanğının güclü olduğundan yaxınlıqdakı binalara da keçib. Otel sakinlərinin tüstüdən boğulmaması üçün hamısı təxliyə edilib.

Hadisə yerli vaxtla səhər saat 5-də qeydə alınıb.

Ərazidə yanğınsöndürən texnikalar cəlb edilib. Xəsarət alanlar və ölənlər haqqında məlumat verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru