Tramp və Səudiyyənin vəliəhdi əl-Bağdadinin zərərsizləşdirilməsini müzakirə ediblər

29-10-2019, 08:02           
Tramp və Səudiyyənin vəliəhdi əl-Bağdadinin zərərsizləşdirilməsini müzakirə ediblər
ABŞ prezidenti Donald Trampla Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Əbdüləziz əl Səud arasında telefon danışığı olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

Tərəflər Yaxın Şərqdəki vəziyyəti, eləcə də Amerika hərbçiləri tərəfindən keçirilmiş xüsusi əməliyyatla İŞİD terror qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadinin zərərsizləşdirilməsini müzakirə ediblər.

Qeyd edilir ki, vəliəhd İŞİD-in yaradıcısı və rəhbəri Əbu Bəkr əl-Bağdadi üzərindəki ədalət "məhkəməsi" missiyasının uğurla başa çatması münasibətilə ABŞ prezidenti Trampı təbrik edib.

Tramp Səudiyyə Ərəbistanı və Birləşmiş Ştatların davam edən möhkəm tərəfdaşlığına görə vəliəhdə minnətdarlığını bildirib. "Liderlər həmçinin vacib regional və ikitərəfli məsələləri müzakirə ediblər", - deyə mətbuat xidmətinin məlumatında vurğulanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru