Sirli təyyarə 780 gün havada qaldıqdan sonra yerə endi

29-10-2019, 10:13           
Sirli təyyarə 780 gün havada qaldıqdan sonra yerə endi
Təxminən 2 il 2 aydır havada olan X-37B adlı təyyarə yerə endi. TED.az xəbər verir ki, ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus olan gizli kosmik təyyarə 2 ildən çox davam edən missiyasını tamamladı. Yerə qayıdan təyyarə ilə bağlı bir çox detal hələ də sirr olaraq qalır.

Bununla belə, kosmosdakı missiyasının gizli saxlanıldığı təyyarə haqqında bəzi məlumatlar paylaşıldı. Bu təyyarənin iki müxtəlif məqsədi olduğunu bəyan edən Hərbi Hava Qüvvələrinin rəhbərliyi məqsədlərdən birinin Amerikanın gələcəyi üçün kosmosda təkrar istifadə edilə bilən texnologiyaları inkişaf etdirmək olduğunu bildirib. Digər məqsədin isə kosmosdan nümunələr götürərək Yer üzündə bəzi təcrübələr aparmaq olduğu qeyd olunub.

2 illik missiyasını başa vuran kosmik gəmi əvvəllər 5 fərqli missiya yerinə yetirib. Daha öncə 718 günlük missiyasını yerinə yetirən təyyarə yeni enişlə öz rekordunu təzələdi. Bununla X-37B kosmosdakı ən uzunmüddətli missiyasını tamamlamış oldu.

Qeyd edək ki, ABŞ bir müddət əvvəl Kosmik Komandanlığı məsələsi ilə gündəmə gəlmişdi. Kosmik texnologiyalara önəm verən Pentaqon bunun üçün yeni bir komanda yaradıb – ortada kosmik güc layihəsi var. Bu layihənin həyata keçirilməsi üçün ABŞ Konqresindən təsdiq qərarı gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.