Ermənistan milli təhlükəsizlik nazirinin keçmiş müavini soruşur

30-10-2019, 01:08           
Ermənistan milli təhlükəsizlik nazirinin keçmiş müavini soruşur
Ermənistan milli təhlükəsizlik nazirinin keçmiş müavini soruşur


Respublikanın sabiq prezidenti Robert Köçəryanı həbs etməklə, Ermənistanın baş naziri Nikol Paşinyan əmr yerinə yetirib.

Virtualaz.org bildirir ki, bunu ölkənin milli təhlükəsizlik nazirinin keçmiş müavini Qurgen Yeqiazaryan oktyabrın 24-də "Beşinci kanal"dakı “Müsahibə” verilişində bəyan edib.

"Nikol kim olduğunu artıq özü başa düşüb, o heç bir rəhbər-zad deyil. Artıq onun, necə deyərlər, boynundan onlarla maddə asılıb, o həmin maddələrlə mühakimə ediləcək və həbsxanaya salınacaq",-deyə Q.Yeqiazaryan bildirib.

Yegiazaryan, Paşinyanın hakimiyyətdəki tərəfdarlarının 27 oktyabrda baş verənləri (Ermənistan parlamentindəki terror aktı - red.) ölkənin sabiq prezidentinin ayağına yazmaq istədiklərini bildirib. Onun fikrincə, bunu ona görə edirlər ki, nəyin bahasına olursa-olsun, onu həbsdə saxlasınlar.

O, əlavə edib ki, həmin gün Köçəryan teraktın ehtimal olunan təşkilatçılarının linç edilməsinə icazə verməyib ki, məhkəmədə ifadə verə bilsinlər.

Karen Dəmirçyan

“Bəziləri bu teraktın təşkilini Rusiyanın adına çıxmaq istəyirlər. Bu belə edilir: fərqli nöqtələrdən dezinformasiya yayılır, elə görüntü yaradılır ki, sanki bütün ölkə bu barədə danışır. Sonra bu dezinformasiyanın mediada şişirdilmiş şəkildə tirajlanmasına başlanılır. Ancaq bir “əmma” var. Öldürülənlərdən biri- Karen Dəmirçyan idi və o dövrdə Rusiyaya ən yaxın siyasətçi hesab olunurdu. Və Rusiya onun qətlini təşkil edib? Bu axmaqlıqdır”,-deyə siyasətçi vurğulayıb.

Yegiazaryan ironiya ilə bildirib ki, bu cür şayiələri yayanlardan biri Andranik Köçəryandır: “Həmin Andranik ki, teraktdan dərhal sonra Robert Köçəryanın masasının üstünə özünün də adı olan bir siyahı qoyaraq ultimatum şəklində tələb etmişdi: “Sən bizə vəzifə verirsən və biz sənə qarşı çıxmırıq””.

Bundan əlavə, keçmiş nazir müavini Paşinyanı korrupsiyada ittiham edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.