ABŞ İŞİD liderini özü “doğdu”, özü də aradan götürdü - İran XİN
30-10-2019, 03:25
İran İslam Respublikası (İİR) Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Abbas Musəvi oktyadarın 28-də jurnalistlər üçün keçirilən brifinqdə İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsi barədə xəbəri şərh edib. O bildirib ki, İŞİD İranın dəstəyilə İraq və Suriya xalqları tərəfindən artıq çoxdan məğlub edilib.
Əbu Bəkr əl-Bağdadi kimi «personajlar» və ona oxşar terrorçular Birləşmiş Ştatların «özü tərəfindən hazırlanıb və dəstəklənib. Birləşmiş Ştatlar periodik olaraq, «istifadə müddəti bitən kimi, öz yetişdirmələrindən yaXasını qurtarır»» - deyə, İran XİN-də bildiriblər.
«İŞİD İraq və Suriyada terrorçuluğa qarşı müqavimət cəbhəsinin gəncləri tərəfindən məğlub ediib. İraq və Suriya vətəndaşları İranın dəstəyi ilə artıq çoxdan bu terrorçu qruplaşmanı məğlub ediblər» – Musəvi bildirib.
İaanlı diplomat ardınca, xəbərdarlıq edib: «İŞİD-ni biz məğlub etsək də onun ideoloqları hələ sağdırlar və tamamilə mümkündür ki, qruplaşmanın sağ qalmışları (sahə komandirləri və döyüşçülər) bölədə gələcək dağıdıcı fəaliyyəti davam etdirmək üçün ABŞ tərəfindən yeidən təşkil olunsun».
«Təəccüblü deyil ki, əl-Bağdadinin öldürülməsi üzrə ABŞ-n fəaliyyəti bu qədər ajiotaja səbəb olur. Hər dəfə ABŞ-da seçkilər ərəfəsində hakimiyyət daxili «istehlak» üçün belə kartlarla oynayır» - deyə, nazirlik sözçüsü bəyan edib.
Xəbər verildiyi kimi, artıq Rusiyanın Müdafiə Naziriyi (MN) əl-Bağdadinin «növbəti dəfə» öldrülməsi barədə səhih məlumata malik olmadığını bildirib.
AzPolitika.info