KİV: Tramp İŞİD liderini təqib edən iti Ağ Evə dəvət edib - FOTO

30-10-2019, 06:47           
KİV: Tramp İŞİD liderini təqib edən iti Ağ Evə dəvət edib - FOTO
ABŞ prezidenti Donald Tramp İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsi üzrə əməliyyata kömək etmiş iti Ağ Evə dəvət edib.

"Report" xəbər verir ki, bu barədə mənbəyə istinadən "The New York Times" məlumat yayıb.

Adı açıqlanmayan rəsmi şəxsin mətbu orqana verdiyi məlumata görə, ABŞ prezidenti iti görmək istəyib. Bundan əvvəl isə Tramp özünün "Twitter"dəki səhifəsində itin fotosunu paylaşaraq onun xidmətlərini qeyd edib.

Qeyd edək ki, it əməliyyat zamanı yüngül yaralanıb və hazırda bərpa dövrünü keçir.

Bəzi məlumatlara görə, itin ləqəbi "Konan"dır. Onu Amerikanın komik ustası Konan O Brayenin adı ilə belə adlandırıblar.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru