Daha bir ölkə bankrotda – ADAMBAŞINA AYDA 100 DOLLAR ALMAQ OLAR
30-10-2019, 09:01
Oktyabrın 28-dən etibarən Argentinanın Mərkəzi Bankı milli valyutanın dollara çevrilməsi limitini 50 dəfə azaldıb.
FED.az xəbər verir ki, artıq bu ölkədə sıravi vətəndaşlar ayda 100 dollardan artıq ABŞ valyutası ala bilməzlər. Argentinada bank hesabı olanlar üçün isə bu məblə 2 dəfə artıqdır – 200 dollar. İndiyədək bu limit ayda 10 min dollar idi.
Yeni qaydalar ixrac şirətlərinədə aiddir. Onlar qarşısında tələb qoyulub ki, əldə etdikləri vəsaitləri mill valytada saxlasınlar. «Bu tədbirlər müvəqqətidir və 2019-cu ilin dekabrına kimi davam edəcək»-deyə Mərkəzi Bank elan edib.
Mərkəzi Bank belə addımlara bazar günü ölkədə keçirilən prezident seçkilərdən sonra qərar verib. Seçkidə müxalifətin namizədi Alberto Fernandes qalib gəlib. 48% səs toplayan Fernandes 40% səsi olan indiki prezidenti qabaqlayıb. Yeni prezident dekabrın 10-dan vəzifəsinə başlayır.
Amma Mərkəzi Bankın qərarı yeni prezidentlə deyil, onun seçkidəki müttəfiq ilə bağlıdır. Alberto Fernandesin partnyoru keçmiş prezident Kristina Fernandes de Kirşnerdir. Xanım Kişnerin 2007-2013-cü illərdə prezident olduğu vaxt apardığı sosial siyasəti görə, ölkə vətəndaşları arasında yaxşı reputasiyası var. Onun vaxtında iqtisadi artım azalsa da, iş yerlərinin sayı artırılıb, eləcə də minimum pensiya və əmək haqqı qaldırılıb. Onun dövründə sosial xərclər ÜDM-nin 1,86%-nə çatıb ki, bu da son 20 ildə ən yüksək məbləğ idi. Amma vətəndaşlardan fərqli olaraq biznes keçmiş prezidenti sevməyib.
Xarici investorlar üçün Kirşnerin prezidentliyi milyardlarla dollar itkilərlə yadda qalıb. Şişirdilmiş dövlət xərcləri, valyuta məzənnəsi və idxaol üzərində nəzarət, eləcə də özəl şirkətlərin milliləşdirilməsi ölkədən kapitalın qaçmasi ilə nəticələnmişdi.
Ona görə də indi Kirşneri özünə parnyor seçən prezident qalib gələndə investorlar həmin əhvalatın təkrarlanacağından qorxurlar. Ekspertlərin fikrincə, xarici şirkətlər artıq indidən ölkədən kapital çıxarmağa başlaya bilərlər.
Borclar ölkəsi
Bu arada Argentina pesosu da sürətlə dəyər itirməkdədir. Seçkinin nəticələri elan edilən kimi, Argentinada dolların məzənnəsi 57,5 pesodan 60 pesoya yüksəlib. Ümumiyyətlə Argentinada milli valyuta son 5 ildə 10 dəfə ucuzlaşıb.
Valyuta bazarındakı neqativ xəbərlər fond bazarlarını da çökdürüb. Bir qədər əvvəl Fitch və Standard & Poor's Argentinanın kredit reytinqini endirib. Hər iki agentlik ödkədə defolt baş verəcəyini ehtimal edib.
«S&P Global Ratings» agentliyi isə Argentinanın xarici valyutada uzunmuddətli suveren reytinqini «SD» səviyyəsinə endirib, bu da «seçmə defolt» deməkdir. Yəni ölkə öz borclarının bir hissəsi üzrə ödəmək qabiliyyətini itirib.
Doğrudan da hazırda Argentina prezident Maurisio Makrinin götürdüyü böyük kreditlər səbəbindən defolt astanasındadır. Hələ bu ilin yazında Argentinada valyuta böhranı yaranmışdı və sürətli devalvasiyanın qarşısını almaq üçün Mərkəzi Bank uçot dərəcəsini 40%-ə qaldırmışdı. Amma bu tədbir də pesonu ucuzləşmadan qoruya bilməmişdi. Və ölkə kömək üçün Beynəlxalq Valyuta Fonduna müraciət etməli olmuşdu. Öz növbəsində BVF Argentinaya öz tarixində ən böyük kredit tranşı - 57,1 milyard dollar ayırmışdı, indi isə ölkə bu pulu qaytara bilməyib.
Ekspertlər bildirir ki, belə vəziyyətdə Argentina Mərkəzi Bankının dollarla əməliyyatları məhdudlaşdırmaq qərarı gözlənilən idi: «Çünki vətəndaşlar devalvasiya və defoltdan qorxaraq əllərindəki bütün pesonu dollara çevirə bilərdilər, bu isə ölkəni daha çox böhrana çəkərdi».
Bunundla yanaşı, ekspertlər hesab edir ki, bu qərar yalnız qısamüddətli dövrdə təsiredə bilər. Ümumilikdə isə belə qərarlar Argentinaya xarici investorların marağını öldürər və yerli valyutaya inamı tamamilə aradan qaldırar.
Yeri gəlmişkən, Argentina xarici kapitala limit qoyulan yeganə ölkə deyil. Məsələn Çində də yerli fiziki və hüquqi şəxslər ildə 50 min dollardan artıq xarici valyuta ala bilməzlər. Özbəkistanda isə 2016-cı ildən etibarən bank kartından ayda 300 dollardan artıq pul çıxarmaq qadağandır. Yerli hökumət bu üsulla valyuta rezervlərinin ölkədən çıxmasının qarşısını almağa çalışırlar.