ABŞ konqresindəki demokratlar Boltonu Trampın impiçment məhkəmə iclasına çağırıblar
31-10-2019, 02:38
ABŞ nümayəndələr palatasındakı demokratlar ABŞ-ın keçmiş milli təhlükəsizlik köməkçisi Con Boltonu və təhlükəsizlik nazirliyin daha iki nəfər əməkdaşını Trampın impiçment məhkəmə iclasına çağırıblar.
Trend-in məlumatına görə, Bolton Noyabrın 7-də məhkəmə iclasında iştirak etməlidir. ABŞ-ın milli təhlükəsizlik nazirliyin iki əməkdaşı Jon Aysberg və Maykl Ellis isə Noyabrın 4-dü məhkəmə iclasında olmalıdırlar.