“Apple” şirkəti “iPhone” modellərini ildə iki dəfə buraxmaq niyyətindədir

5-12-2019, 01:09           
“Apple” şirkəti “iPhone” modellərini ildə iki dəfə buraxmaq niyyətindədir
"Apple" şirkəti "iPhone" smartfonlarının buraxılışı üzrə strategiyanı dəyişmək niyyətindədir. Belə ki, şirkət 2021-ci ildən etibarən yeni qurğuları ildə iki dəfə təqdim edəcək. Bu barədə "CNBC" telekanalı "JP Morgan" bankının analitiki Samik Çatterciyə istinadən məlumat verib.



Teref.az "ICTnews"a istinadən xəbər verir ki, məlumata görə, altıaylıq dövr "Apple" şirkətinə ilboyu smartfonlar buraxan digər istehsalçılarla rəqabət aparmağa, eləcə də qurğulara lazımi dəyişikliklər etməyə imkan verəcək.



Analitikin fikrincə, şirkət 2020-ci ilin sentyabrında dörd yeni "iPhone" modeli təqdim edəcək. Qurğular 5,4, 6,1 və 6,7 düym diaqonallı "OLED" ekranlarla təchiz ediləcək və "5G" şəbəkəsini dəstəkləyəcək.



"Apple" 2011-ci ildən ənənəvi olaraq yeni "iPhone" modellərini payızda təqdim edir. Təqdimat çərçivəsində şirkət adətən üç yeni qurğu nümayiş etdirir.



Qeyd edək ki, 1976-cı ildə yaradılan "Apple" şirkəti "iPhone" smartfonları, "iPad" planşetləri, "iMac" kompüterləri, "MacBook" noutbukları, "iPod" musiqi pleyerləri, eləcə də digər yüksək texnologiyalı texnikanın istehsalı ilə məşğul olur. Mənzil-qərargahı Kaliforniya ştatının Kupertino şəhərində yerləşən şirkət dünyanın ən böyüklərindən biridir və onun kapitallaşma dəyəri 1,2 trilyon dollar təşkil edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.