“Üzük” açıqlaması öldürülən generalla bağlı gizlinləri AÇDI – FOTO

3-01-2020, 11:23           
“Üzük” açıqlaması öldürülən generalla bağlı gizlinləri AÇDI – FOTO
İraq səlahiyyətliləri öldürülən İranın “Qüds” Qüvvələrinin komandanı Qasım Süleymani ilə bağlı açıqlama verib.

Adlarını gizli saxlayan səlahiyyətlilər generalın cəsədinin paramparça olduğunu bəyan edib. Onlar bildirib ki, Qasım Süleymani üzüyündən tanınıb.

Qeyd edək ki, general və “Haşdi Şabi” silahlı qruplaşmasının komandir müavini Mehdi əl-Mühəndis ləqəbli Camal Cəfər İbrahiminin Bağdad hava limanında ABŞ raketlərinin hücumu nəticəsində öldürüldüyü iddia edilir.

Rəsmi Pentaqon əməliyyatın ABŞ prezidenti Donald Trampın göstərişinə əsasən keçirildiyini təsdiqləyib. (publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru