Tramp: “NATO-nu Yaxın Şərq prosesində daha yaxından iştirak etməyə çağırıram”

9-01-2020, 07:39           
Tramp: “NATO-nu Yaxın Şərq prosesində daha yaxından iştirak etməyə çağırıram”
“Mən NATO-nu Yaxın Şərq prosesində daha yaxından iştirak etməyə çağırıram. Son üç ildə mənim liderliyim altında iqtisadiyyatımız hər zamankından daha güclü olub və ABŞ enerji müstəqilliyinə nail olub. Bu tarixi nailiyyət bizim strateji prioritetlərimizi dəyişdirib”.

APA xəbər verir ki, prezident Donald Tramp bu gün keçirdiyi mətbuat konfransında İranın İraqdakı ABŞ hərbi bazalarına raket zərbələri endirməsindən sonra xalqa müraciətində belə deyib.

O bildirib ki, hakimiyyəti dönəmində Yaxın Şərqlə bağlı seçimlər mümkün olub: “Biz artıq dünyanın istənilən yerindən daha çox təbii qaz və neft istehsal edərək dünyada bir nömrəli istehsalçıya çevrilmişik. Biz müstəqilik və Yaxın Şərq neftinə ehtiyac duymuruq”.

Tramp İran xalqına və İranın ali liderlərinə xitabən deyib ki, istəyirik ki, sizin layiq olduğunuz böyük gələcəyiniz olsun: “İstəyirik ki, dünya xalqları ilə ahəng əlaqələriniz olsun, inkişaf edəsiniz. ABŞ sülh axtarışında olan hər kəslə sülhü möhkəmləndirməyə hazırdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru